Vermalen doqquz aydan sonra məşqə çıxdı

Vermalen doqquz aydan sonra məşqə çıxdı
DÜNYA FUTBOLU 18 Mart 2015 / 23:04 4565
-  A +

"Barselona"nın futbolçusu Tomas Vermalen  zədəsini sağaldıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 29 yaşlı müdafiəçi doqquz aydan sonra komanda ilə ümumi məşqlərə başlayıb.

Qeyd edək ki, Belçika millisinin futbolçusu T.Vermalen "DÇ-2014"də zədələnmişdi.

Xatırladaq ki, T.Vermalen ötən yay "Arsenal"dan "Barselona"ya 20 milyon avroya transfer olunmuşdu.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?