Avropanın aparıcı futbol çempionatlarında çıxış etmiş və hazırda da karyeralarını davam etdirən oyunçular arasında penalti zərbələrindən ən yaxşı yararlananları müəyyənləşib.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, siyahıda 19 futbolçu yer alıb.
"Real" (Madrid) klubu və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo penaltini ən yaxşı yerinə yetirənlər siyahısında hər kəsi qabaqlayıb. 30 yaşlı futbolçu yerinə yetirdiyi 60 penaltidən 55-ni qola çevirib. Zlatan İbrahimoviç ikinci, Lionel Messi isə üçüncü olub.
1. Kriştiano Ronaldo ("Mançester Yunayted", "Real") - 60 penaltinin 55-ni qola çevirib.
2. Zlatan İbrahimoviç ("İnter", "Barselona", "Milan", PSJ) - 43 penaltinin
39-nu qola çevirib.
3. Lionel Messi ("Barselona") - 39 penaltinin 35-ni qola çevirib.
4. Sejad Salihoviç ("Hoffenhaym") - 32 penaltinin 28-ni qola çevirib.
5. Apono ("Malaqa", "Saraqoza") - 23 penaltinin 20-ni qola çevirib.
6. Rafael van der Vart ("Hamburq", "Real", "Tottenhem") - 21 penaltinin 18-ni qola çevirib.
7. David Vilya ("Valensiya", "Barselona", "Atletiko") - 21 penaltinin 18-ni qola çevirib.
8. Stiven Cerard ("Liverpul") - 34 penaltinin 29-nu qola çevirib.
9. Dieqo Milito ("Saraqoza", "Genua", "İnter") - 37 penaltinin 31-ni qola çevirib.
10. Frank Lempard ("Çelsi", "Mançester Siti") - 39 penaltinin 32-ni qola çevirib.
11. Cüzeppe Rossi ("Nyukasl", "Parma", "Vilyareal", "Fiorentina") - 27 penaltinin 22-ni qola çevirib.
12. Kaka ("Milan", "Real") - 26 penaltinin 21-ni qola çevirib.
13. Antonio di Natale ("Udineze") - 38 penaltinin 30-nu qola çevirib.
14. Françesko Totti ("Roma") - 45 penaltinin 35-ni qola çevirib.
15. Ronaldinyo ("Barselona", "Milan") - 22 penaltinin 17-ni qola çevirib.
16. Adrian Mutu ("Fiorentina", "Çezena", "Ayaçço") - 25 penaltinin 20-ni qola çevirib.
17. Alvaro Neqredo ("Almeriya", "Sevilya", "Mançester Siti", "Valensiya") - 25 penaltinin 19-nu qola çevirib.
18.Ueyn Runi ("Mançester Yunayted") - 24 penaltinin 18-ni qola çevirib.
19. Edinson Kavani ("Palermo", "Napoli", PSJ) - 29 penaltinin 21-ni qola çevirib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə