2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinə indidən start verilib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ilk oyun bu gün Bakı vaxtı ilə saat 11:00-da Asiya zonasında keçirilib. FİFA-nın yeni üzvü Şərqi Timor doğma meydanda Monqolustanı qəbul edib. Qarşılaşma Şəri Timorun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunda dubl müəllifi olan Çikito do Karmo "DÇ-2018"in seçmə mərhələsininin ilk qolunun müəllifi kimi tarixə düşüb.
Bu gün ilkin mərhələnin daha 5 görüşü keçiriləcək. Kamboca Makaonu, Şri-Lanka Butanı, Tayvan Bruneyi, Hindistan Nepalı, Yəmən isə Pakistanı qəbul edəcək. Cavab oyunları martın 17-də baş tutacaq. 6 qalib komanda 40 əsas yığma siyahısına düşəcək. Onlar isə hər biri 5 komandadan ibarət 8 qrupa bölünəcək.
Qeyd edək ki,"DÇ-2018"in seçmə mərhələsində rekord sayda - 209 ölkə təmsil olunacaq. Onlar öz aralarında üst-üstə 900-dək oyun keçirəcəklər.
Əlavə edək ki, "DÇ-2018"in final mərhələsi iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində - Moskva, Sankt-Peterburq, Kalininqrad, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov, Soçi və Yekaterinburqda keçiriləcək.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə