PSJ-nin futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə cavab oyunundan (2:2) sonra fikirlərini bildirib.
Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, qarşılaşmanın 30-cu dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoymasına təəssüfləndiyini deyib:
"Komanda yoldaşlarım möhtəşəm oyun nümayiş etdirdilər. Belə bir önəmli matçda qırmızı vərəqə aldığım üçün özümü günahlandırıram".
Z.İbrahimoviç qırmızı vərəqə ilə cəzalandırıldığı epizod haqda da danışıb:
"Sanki meydanda hakim yox idi. Qırmızı vərəqə aldığım epizodda "Çelsi"nin futbolçularının vəziyyəti ürəkağrıdıcı idi. Cəzalandırılmağım üçün elə bil ətrafımda 11 körpə ağlayırdı. Bütün bunlara baxmayaraq, nəticədən məmnunam".
Qeyd edək ki, bu komandalar arasında keçirilən hər iki görüşdə bərabərlik (1:1, 2:2) qeydə alınıb. PSJ səfərdə vurduğu iki qol hesabına növbəti mərhələyə yüksəlib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə