Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, bu gecə keçiriləcək iki matçla daha iki 1/4 finalçının adı bəlli olub.
“Çesli” Londonda PSJ-ni qəbul edib. Fransada baş tutan ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından bügünkü oyuna maraq böyük idi. Londonda keçirilən dramatik oyun 2:2 hesablı bərabərliklə başa çatıb.
Matçın 31-ci dəqiqəsində PSJ-nin qol silahı Zlatan İbrahimoviç qırmızı vərəqə alaraq meydandan qovulsa da, Paris klubu təslim olmayıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda əlavə 30 dəqiqə oynanılıb. Burada komandalar hərəyə bir dəfə fərqləniblər. Hazard 96-cı dəqiqədə "Çesli"ni önə çıxarıb. PSJ-nin kapitanı Tiaqo Silva isə 114-cü dəqiqədə fərlənməklə komandasını 1/4 finala yüksəldib.
Digər görüşdə “Şaxtyor” (Donetsk) “Bavariya”nın qonağı olub. “Alyans Arena”da keçiriləcək oyuna da maraq az deyildi. Ukraynada oynanılan ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alınsa da, Münhen klubu cütün favoriti hesab olunurdu. Rəqibinə 7 cavabsız qolla qalib gələn "Bavariya" 1/4 finala adlayıb.
11 mart
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları
23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 2:2
(İlk oyun - 1:1)
Qollar: Kehil, 81 (1:0), D.Luiz, 86 (1:1), Hazard, 96-pen (2:1), T.Silva, 114 (2:2)
Qırmızı vərəqə: Zlatan İbrahimoviç, 31 (PSJ)
23:45. "Bavariya" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 7:0
Qollar: Müller, 4-pen (1:0), Boatenq, 34 (2:0), Riberi, 49 (3:0), Müller, 52 (4:0), Badştuber, 63 (5:0), Levandovski, 75 (6:0), Qötze, 88 (7:0)
Qırmızı vərəqə: Kuçer, 3 ("Şaxtyor")
(İlk oyun - 0:0)
10 mart
"Portu" (Portuqaliya) - "Bazel" (İsveçrə) - 4:0
Qol: Brahimi, 14, Herrera, 47, Kasemiro, 56, Abubakar, 76
(İlk oyun - 1:1)
"Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) - 3:4
Qol: Fuks, 20 (0:1), Ronaldo, 25 (1:1), Huntelar, 40 (1:2), Ronaldo, 45+1 (2:2), Benzema, 53 (3:2), Sane, 57 (3:3), Huntelar, 89 (3:4)
(İlk oyun - 2:0)
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə