"... Başıma çəkiclə vurarsınız" – Qvardiola

"... Başıma çəkiclə vurarsınız" – Qvardiola
DÜNYA FUTBOLU 4 Mart 2015 / 14:44 5101
-  A +

Pep Qvardiola baş məşqçisi olduğu "Bavariya"dan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, müqaviləsinin müddəti başa çatana qədər Münhen klubunu çalışdıracağını deyib:

"Heç bir klubdan təklif almamışam və hər hansı təklif də gözləmirəm. "Bavariya"da uzun illər çalışa bilərəm".

P.Qvardiola yenidən "Barselona"da qayıdacağı ilə bağlı yayılan xəbərləri də təkzib edib:


"Əgər "Barselona"ya dönsəm, başıma çəkiclə vurarsınız".

Qeyd edək ki, P.Qvardiola ilə "Mançester Siti" və "Barselona"nın maraqlandığı iddia edilir.


Son xəbərlər