Riberi Almaniya vətəndaşı olmaq istəyir

Riberi Almaniya vətəndaşı olmaq istəyir
DÜNYA FUTBOLU 26 Fevral 2015 / 14:06 3833
-  A +

Fransa millisinin və "Bavariya"nın futbolçusu Frank Riberi Almaniya vətəndaşı olmağı düşünür.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 31 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

"Almaniya vətəndaşlığı ala bilərəm. Futbolçu karyeramı başa vurduqdan sonra Münhendə qalmaq istəyirəm. Oğlum Salif Almaniyada doğulub və ola bilər elə bu milli komandanın da şərəfini qorusun".

Qeyd edək ki, Riberi 2007-ci ildən "Bavariya"da çıxış edir.


Son xəbərlər