Avropa Liqasında 1/16 finalın cavab oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, bu mərhələnin bütün oyunları eyni gündə keçirilib.
1/16 finalın ilk iki oyunu Rusiyada baş tutub. Moskvada "Dinamo" "Anderlext"i, Peterburqda isə "Zenit" PSV-ni qəbul edib. Hər iki oyunda Rusiya təmsilçiləri qələbə qazanaraq 1/8 finala yüksəliblər.
Türkiyə klublarından "Beşiktaş" evdə "Liverpul"u sınağa çəkib. "Qara qartal" doğma meydanda ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb ki, buna da nail olub. Əsas 1:0 hesabı ilə başa çatan oyunda qalib yalnız penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan "Beşiktaş" rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.
"Trabzonspor" klubu isə İtaliyaya səfər edib. İlk görüşdə "Napoli"yə 0:4 hesabı ilə uduzan Trabzon təmsilçisi üçün bu oyun formal xarakteri daşıyırdı. Bu görüşdə 1:0 hesabı ilə qələbə qazanan Neapol təmsilçisi 1/8 finala adlayıb.
"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olub. İlk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Ukrayna təmsilçisi səfərdə bu üstünlüyünü qorumağa çalışacaqdı. Səfərdə 2:2 hesablı bərabərə qalan Ukrayna klubu 1/8 finalda oynamaq hüququ əldə edib. F qrupunu qalib başa vuran "İnter" isə evdə "Seltik"lə münasibətlərinə aydınlıq gətirib. Səfərdə rəqibi ilə 3:3 bərabərə qalan Milan təmsilçisi evdə "Seltik"i 1:0 hesabı ilə üstələyib.
26 fevral
Avropa Liqası, 1/16 finalın cavab oyunları
00:05. “Atletik” (Bilbao, İspaniya) - “Torino” (İtaliya) - 2:3
Qollar: Qualyarella, 16-pen (0:1), İraola, 44 (1:1), Lopez, 45+3 (1:2), de Markos, 61 (2:2), Darmian, 67 (2:3)
(İlk oyun – 2:2)
00:05. “Brügge” (Belçika) - "Olborq" (Danimarka) - 3:0
Qollar: Vazkez, 11 (1:0), Oulare, 64 (2:0), Bolingoli-Mbombo, 74 (3:0)
(İlk oyun – 3:1)
00:05. “Everton” (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 3:1
Qollar: Sanoqo, 13 (0:1), Lukaku, 25-pen, 30 (2:1), Mirallas, 42 (3:1)
(İlk oyun – 4:1)
00:05. “Feyenoord” (Hollandiya) - “Roma” (İtaliya) - 1:2
Qollar: Lyajiç, 45+2 (0:1), Manu, 57 (1:1), Jervinyo, 60 (1:2)
Qırmızı vərəqələr: te Vrede, 54, Mulder, 59 ("Feyenoord")
(İlk oyun – 1:1)
00:05. “Napoli” (İtaliya) - "Trabzonspor” (Türkiyə) - 1:0
Qol: de Quzman, 19 (1:0)
(İlk oyun – 4:0)
00:05. “Olimpiakos” (Yunanıstan) - “Dnepr” (Ukrayna) - 2:2
Qollar: Mitroglu, 14 (1:0), Fedeçki, 23 (1:1), Dominqez, 90-pen (2:1), Kaliniç, 90+2 (2:2)
Qırmızı vərəqə: Milivojeviç, 52 ("Olimpiakos")
(İlk oyun – 0:2)
00:05. “Sportinq” (Portuqaliya) - "Volfsburq" (Almaniya) - 0:0
(İlk oyun – 0:2)
22:00. “Beşiktaş” (Türkiyə) - “Liverpul” (İngiltərə) - 1:0 (Penaltilər seriyası - 5:4)
Qol: Tolgay Arslan, 73 (1:0)
(İlk oyun - 0:1)
Penaltilər seriyası:
"Beşiktaş": + + + + +
"Liverpul: + + + + -
22:00. “Dinamo” (Kiyev, Ukrayna) - "Genqam" (Fransa) - 3:1
Qollar: Teodorçik, 31 (1:0), Buyalski, 46 (2:0), Mandanne, 66 (2:1), Qusev, 75-pen (3:1)
(İlk oyun – 1:2)
22:00. “Fiorentina” (İtaliya) - “Tottenhem” (İngiltərə) - 2:0
Qollar: Qomes, 54 (1:0), Salah, 71 (2:0)
(İlk oyun - 1:1)
22:00. “İnter” (İtaliya) - “Seltik” (Şotlandiya) - 1:0
Qol: Quarin, 88 (1:0)
(İlk oyun - 3:3)
22:00. “Borussiya” (Münhenqladbax, Almaniya) - “Sevilya” (İspaniya) - 2:3
Qollar: Bakka, 8 (0:1), Xhaka, 19 (1:1), Vitolo, 26 (1:2), Hazard, 29 (2:2), Vitolo, 79 (2:3)
(İlk oyun – 0:1)
22:00. “Legiya” (Polşa) - “Ayaks” (Hollandiya) - 0:3
Qollar: Milik, 11 (0:1), Serero, 13 (0:2), Milik, 43 (0:3)
(İlk oyun – 0:1)
22:00. "Zalsburq" (Avstriya) - “Vilyareal” (İspaniya) - 1:3
Qollar: Dyuriçin, 18 (1:0), Vyetto, 33 (1:1), 76 (1:2), Dos Santos, 79 (1:3)
(İlk oyun – 1:2)
21:00. “Dinamo” (Moskva, Rusiya) - “Anderlext” (Belçika) - 3:1
Qollar: Mitroviç, 29 (0:1), Kozlov, 47 (1:1), Yusupov, 64 (2:1), Kuranyi, 90+5 (3:1)
(İlk oyun - 0:0)
21:00. “Zenit” (Rusiya) - PSV (Hollandiya) - 3:0
Qollar: Rondon, 29 (1:0), Halk, 48 (2:0), Rondon, 67 (3:0)
(İlk oyun - 1:0)
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Millətlər Liqasında daha 8 oyun
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə