Bazar günü UniBank Premyer Liqasının VII turu çərçivəsndə Ağdamda keçiriləcək “Qarabağ”-“Neftçi” qarşılaşması turun mərkəzi oyunu olmaqla bərabər, həm də Qurban Qurbanov-Vaqif Sadıqov dueli kimi də diqqət mərkəzində olacaq. Qurbanov ilk dəfə baş məşqçi qismində sabiq məşqçisi önünə çıxacaq. Onun öz keçmiş müəllimi önündə necə imtahan verəcəyi bazar günü məlum olacaq. Biz isə Qurbanov-Sadıqov münasibətlərinin yeni-yeni formalaşmağa başladığı 12-13 il bundan əvvələ qayıtmaq istəyirik. Hansı ki, o illərdə Qurban Qurbanovun millidə möhkəmlənib əsas fiqurlardan birinə çevrilməsində Sadıqovun çox böyük əməyi olub. Məhz bu mütəxəssis güclü tənqid və mətbuatdakı təzyiqlərə baxmayaraq, digər gənclər kimi Qurbanovu da müntəzəm olaraq milli komandaya cəlb edirdi.
Bəs görəsən, həmin tənqidlər nədən ibarət, kökündə nələr dayanırdı? Vacib qarşılaşma öncəsi 13 il əvvələ qayıtmağa qərar verdik. Bu məqsədlə həm Qurbanovun, həm də Sadıqovla əlaqə saxlayıb yaxın keçmişdə baş verənlər haqqında danışdıq. Hər iki mütəxəssis məsələyə yenidən qayıtmağa və onu yada salmağa istəkli olmasalar da, o vaxtı həqiqətən də belə bir vəziyyətlə üzləşdiklərini etiraf etdilər.
Qurban Qurbanov: “Açığı, bu məsələyə heç qayıtmasaq yaxşıdır. Təkcə Vaqif müəllim yox, hamı, elə mən özüm də tənqid olunurdum. Bu, əvvəl də olub, indi də var, bundan sonra da olacaq. Tənqid olmasa, heç futbolda maraq da olmaz, inkişaf da. Yalnız onu deyə bilərəm ki, həqiqətən də mənim miilli komandada möhkəmlənməyimdə Vaqif Sadıqovun çox böyük zəhməti olub”
Vaqif Sadıqov: “Tənqid, təzyiq o vaxt mətbuat tərəfindən olmuşdu. Özü də tək Qurbanı yox, digər gənc futbolçuları dəvət etdiyimə görə də məni tənqid etmişdilər. Amma mən bilirdim ki, bu uşaqların potensialları var və onlara şans vermək lazımdır. Düzdür, Qurbanovu ilk dəfə milliyə mən çağırmamışdım. O, Kazbek Tuayevin dövründə də 3-4 dəqiqə oynamaq şansı qazanmışdı. Sadəcə, mənim dövrümdə aparıcı futbolçuya çevrildi. Sevinirəm ki, məşqçi kimi də özünü doğrulda bildi. Bu arada hər ikimizin bürcü də eynidir. Qurbanov da mənim kimi qoç bürcündəndir. Onun çox gözəl kollektiv və özünəməxsus oyun tərzi qurmaq bacarığı var. İnanıram ki, gələcəkdə baş məşqçi kimi daha böyük uğurlara imza atacaq”.
Van Deyk ABŞ-ı seçdi
"Barselona"da ciddi itki
U-21 millimiz təlim-məşq toplanışına başladı - Şəkillər
Messidən sonra bunu bacaran Levandovski oldu
Faciəvi yanğında ölənlərdən biri futbolçudur
Messi də Argentina millisinə kömək edə bilməyəcək
Türkiyədə daha bir derbi əcnəbi hakimlərə tapşırıldı
Dibala Braziliyaya qarşı oynamayacaq
“Barselona”nın müdafiəçisi millidən kənarlaşdırıldı
Millimizin oyunlarının hakimləri müəyyənləşdi
"Barselona"nın təxirə salınmış oyununun vaxtı açıqlandı
AFFA rəhbərliyi U-21 millimizi ziyarət etdi - Şəkillər
"Nəticələr qazanıb bu durumdan çıxacağıq” - Elvin Məmmədov
İkardi və Vanda Nara arasında dava
Almaniya millisinin yeni forması - Şəkillər
Juninyo 2 qolun ötürməsini verdi, amma...
Messi Bekhemdən onu istədi
Levandovski ilkə imza atdı
Zubir 300-ə çatdı
"Səbail" yeni baş məşqçisini açıqladı - Rəsmi
Azərbaycan Premyer Liqasında rekord təkrarlandı
Qvardiolanın göndəriləcəyi iddia olunur
"Sumqayıt"dan yubiley qolu
“Həm Qurban Qurbanov pis olmuşdu, həm də mən” - Kadi