"Real"ın hücumçusu Kriştiano Ronaldonun La Liqanın 22-ci turunda “Atletiko”ya 0:4 hesabı ilə uduzduqları oyundan sonra restoranların birində 30 yaşını qeyd etməsi bəzi komanda yoldaşları tərəfindən xoş qarşılanmayıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun ad günü partisinə ispaniyalı komanda yoldaşları - İker Kasilyas və Serxio Ramos qatılmayıb.
Onlar 0:4 hesablı məğlubiyyətdən sonra K.Ronaldonun ad gününü qeyd etməsini düzgün saymadıqları üçün mərasimə qatılmayıblar. "El Mundo Deportivo" qəzeti iddia edib ki, "Real"ın prezidenti Florentino Peres azarkeşlərin hiddətlənəcəyini düşünərək Ronaldodan ad günü məclisini təxirə salmasını istəsə də, buna nail ola bilməyib.
"Real"ın azarkeşləri bu hərəkətinə görə Ronaldonu sosial şəbəkə vasitəsi ilə tənqid ediblər. K.Ronaldonun meneceri Xorxe Mendes isə bildirib ki, portuqaliyalı oyunçunun ad günü məclisi iki ay öncədən planlaşdırılıb:
"Bu, özəl məclis idi. Ronaldo ad gününü qeyd etməsinin mətbuatda yayılmasına çox əsəbiləşdi. Bu məclis iki ay öncədən planlaşdırılmışdı. Orada Portuqaliya və digər ölkələrdən uşaqları ilə birgə gələn çoxlu ailə var idi. Bu səbəbdən həmin məclisin təxirə salınması mümkünsüz idi".
X.Mendes onu da qeyd edib ki, Ronaldo "Atletiko"ya 0:4 hesabı ilə uduzduqları üçün çox əsəbiləşib: "Real" məğlub olduğuna görə məclis iki saat davam etdi. Ronaldo peşəkar və hər kəsə örnək ola biləcək futbolçudur".
Xatırladaq ki, Ronaldonun ad günü partisində komanda yoldaşlarından Pepe, Fabio Koentrau, Marselo, Keylor Navas, Xames Rodriqes, Luka Modriç, Sami Xedira iştirak ediblər.
Qeyd edək ki, Ronaldo təşkil etdiyi məclisdə dostları ilə birgə əylənib, hətta mahnı da oxuyub.
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Millətlər Liqasında daha 8 oyun
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə