"Real"da ikinci ciddi itki

"Real"da ikinci ciddi itki
DÜNYA FUTBOLU 5 Fevral 2015 / 12:41 5098
-  A +

"Real"ın daha bir futbolçusu sıradan çıxıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İspaniya La Liqasında dünən keçirilən "Sevilya"ya qarşı matçın 9-cu dəqiqəsində zədələnən Serxio Ramosun üç həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Bununla da o, İspaniya La Liqasında "Atletiko", "Depotivo", "Elçe", Çempionlar Liqasının 1/8 finalında "Şalke"yə qarşı oyunları buraxmalı olacaq.

Qeyd edək ki, "Real" - "Sevilya" görüşü birinilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Real"ın aparıcı futbolçusu Xames Rodriqesin sözügedən qarşılaşmada ayağı qırılıb. Onun ən azı iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.


Qarabağ FK
Son xəbərlər
topaz banner