"Bu, bir daha təkrarlanmayacaq" - Ançelotti

"Bu, bir daha təkrarlanmayacaq" - Ançelotti
DÜNYA FUTBOLU 31 Yanvar 2015 / 12:58 6142
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti futbolçusu Kriştiano Ronaldonun cəzalanmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "As" qəzetinə danışan italiyalı mütəxəssis bunun bir daha təkrarlanmayacağını deyib:

"Əlbəttə, cəza heç zaman xoş deyil. Ronaldo öz səhvini başa düşdü və sakitcə qarşıdakı oyuna hazırlaşır. Onun sağlamlığında heç bir problem yoxdur. O, etdiyi hərəkətə görə dərhal üzr istədi. İnanıram ki, bu bir daha təkrarlanmayacaq".

Qeyd edək ki, Ronaldo "Kordoba" ilə görüşdə rəqibini vurduğu üçün iki oyunluq cəzalandırılıb.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu