"Venger, rədd ol!" (VİDEO)

"Venger, rədd ol!" (VİDEO)
DÜNYA FUTBOLU 8 Dekabr 2014 / 13:08 5450
-  A +

“Arsenal” azarkeşləri komandanın baş məşqçisi Arsen Vengerin istefasını tələb edib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun İngiltərə Premyer Liqasının 15-ci turunda "Stok Siti"yə məğlub (2:3) olmasından sonra azarkeşlər fransalı mütəxəssisi istefaya çağırıblar. Onlar "Venger, rədd ol!" - deyərək onu istefaya səsləyiblər.

Qeyd edək ki, "Arsenal" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 23 xalla 6-cı pillədədir.

Xatırladaq ki, A.Vengerin rəhbərliyi altında “Arsenal” 2005-ci ildən indiyə kimi cəmi bir mükafat - Federasiya kubokunu qazanıb.


Son xəbərlər