"Arsenal"ın futbolçusu üç ay oynamayacaq

"Arsenal"ın futbolçusu üç ay oynamayacaq
DÜNYA FUTBOLU 27 Noyabr 2014 / 20:28 2847
-  A +

İngiltərə Premyer Liqasının 12-ci turunda "Mançester Yunayted"ə qarşı matçda zədələnən "Arsenal"ın futbolçusu Cek Uilşirin son durumu müəyyənləşib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, sol ayağından əməliyyat olunan 22 yaşlı yarımmmüdafiəçinin üç ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, C.Uilşir 2008-ci ildən "Arsenal"ın əsas komandasında oynayır.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner