"Futbolçuların zədələnməsi milliyə görədir"

"Futbolçuların zədələnməsi milliyə görədir"
XƏBƏR 22 Sentyabr 2014 / 14:15 3061
-  A +

"Bavariya" klubunun idarə heyətinin rəhbəri Karl-Haynz Rummenige maraqlı fikirləri ilə diqqət çəkib. 

Qol.Az-ın məlumatına görə, "Sport1"ə danışan Rummenige Münhen klubunda zədəli futbolçuların sayının artmasının məhz milli komandaların oyunlarının çoxluğu ilə əlaqələndirib.

Klub rəsmisi milli komandaların oyunlarının sayının azaldılması ilə bağlı FİFA və UEFA-ya səslənib:

"Futbolçuların millidəki yüklənmələri artıq çoxdan həddi aşıb. Burada FİFA və UEFA günahkardır. Hər iki qurum tezliklə bu məsələyə yenidən baxmalıdır. Biz futbolu oyunçuların naminə təkmilləşdirməliyik və yüklənməyə son qoymalıyıq. Lakin bu, kəmiyyət yox, keyfiyyət hesabına edilməlidir".


Son xəbərlər