"Çempionluq mübarizəsi "Yuventus" və "Roma" arasında gedəcək"

"Çempionluq mübarizəsi "Yuventus" və "Roma" arasında gedəcək"
XƏBƏR 20 Sentyabr 2014 / 18:47 2625
-  A +

"Yuventus" klubunun hücumçusu Karlos Tevez İtaliya A Seriyasında çempionluq yolunda əsas rəqiblərinin adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, "Calciomercato"ya danışan argentinalı futbolçu çempionluq mübarizəsinin "Yuventus" və "Roma" komandaları arasında gedəcəyini iddia edib:

"Çempionluq? Burada mübarizə "Yuventus" və "Roma" komandaları arasında gedəcək. Lakin "Milan" və "İnter"i də yaddan çıxarmaq olmaz. "İnter"in çalışdırıcısı Valter Mazzarinin işini bəyənirəm. O, komanda oyununun meydanda necə tətbiq edilməsini yaxşı bilir".


Son xəbərlər