"Avro-2020"nin Avropanın müxtəlif şəhərlərində keçirilməsi..." - Löv

"Avro-2020"nin Avropanın müxtəlif şəhərlərində keçirilməsi..." - Löv
XƏBƏR 20 Sentyabr 2014 / 12:21 5928
-  A +

Almaniya millisinin baş məşqçisi Yoahim Löv "Avro-2020"nin Avropanın müxtəlif şəhərlərində keçirilməsini dəstəkləyib.

Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan təcrübəli mütəxəssis "Avro-2020"də komandanın baş məşqçi vəzifəsində qalıb-qalmayacağı haqda düşünmədiyini bildirib:

"Avro-2020"də komandada qalıb-qalmayacağımı bilmirəm. Bu haqda düşünməmişəm. Əsas hədəfim qarşıdakı iki ildə Almaniya millisini çalışdırmaqdır. "Avro-2020"nin Avropanın müxtəlif şəhərlərində keçirilməsi əla ideyadır. Münhen Avropa üçün fantastik məkan olacaq".


 


Son xəbərlər