Bolqarlar "Bakcell Arena"nın ot örtüyündən narazı qaldı (VİDEO)

Bolqarlar "Bakcell Arena"nın ot örtüyündən narazı qaldı (VİDEO)
VİDEO 9 Sentyabr 2014 / 14:42 4623
-  A +

"Avro-2016"nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində bu gün Bakıda millimizin qonağı olacaq Bolqarıstan yığması matçın keçiriləcəyi "Bakcell Arena"nın ot örtüyündən narazı qalıb.

Qol.Az-ın Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, dünən adı çəkilən stadionda komandasını məşqə çıxaran rəqibin baş məşqçisi Lyuboslav Penev arenanın ot örtüyündən narazılığını ifadə edib.

Stadionun müəyyən hissələrinə ayaq basmamaq üçün maneələrin qoyulması da bolqarların etirazına səbəb olub. Onlar "Avro-2016"nın seçmə mərhələ matçının yüksək keyfiyyətli ot örtüyünə malik arenada keçirilməli olduğunu bildiriblər.

Qeyd edək ki, Azərbaycan - Bolqarıstan oyunu bu gün saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi