Dramatik oyunda sevinən tərəf "Ludoqorets" oldu (VİDEO)

Dramatik oyunda sevinən tərəf "Ludoqorets" oldu (VİDEO)
VİDEO 28 Avqust 2014 / 04:29 3871
-  A +

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Ludoqorets" (Bolqarıstan) - "Styaua" (Rumıniya) matçı gərginliyi ilə yadda qalıb.

Qol.Az-ın məlumatına görə, matçın son dəqiqəsində qələbə qolunu vuran meydan sahibləri oyunu əlavə vaxta uzadıblar. Matçın 119-cu dəqiqəsində "Ludoqorets"in qapıçısı Vladislav Stoyanov kobud oyuna görə qırmızı vərəqə ilə meydandan qovulub.

Bolqarıstan təmsilçisi buna qədər hər üç dəyişiklikdən istifadə etdiyi üçün qapıya müdafiəçi Kosmin Moti keçib. Məhz müdafiəçi penaltilər seriyasında inamlı oyunu ilə komandasını qrup mərhələsinə daşıyıb - 6:5. O, rəqibin iki penalti zərbəsini dəf edib. 

Daha çox


Son xəbərlər