Ronaldo 250-də də sevindi

Ronaldo 250-də də sevindi
DÜNYA FUTBOLU 26 Avqust 2014 / 11:46 4877
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo üçün İspaniya La Liqasının ilk turunda dünən keçirilən "Kordoba" ilə matç (2:0) əlamətdar olub.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu görüşlə portuqaliyalı hücumçu  Madrid klubu ilə 250-ci oyununa çıxıb.

Ronaldo yubiley matçında qol vurmağı da bacarıb. Qarşılaşmanın 90-ci dəqiqəsində fərqlənən futbolçu "Real"da  255-ci qolunu vurub. Bununla Ronaldo həmçinin qapısına yol tapdığı klubların sayını 49-a yüksəldib.


Son xəbərlər