Stamenkoviçdən "Partizan" azarkeşlərini qəzəbləndirəcək hərəkət (VİDEO)

Stamenkoviçdən "Partizan" azarkeşlərini qəzəbləndirəcək hərəkət (VİDEO)
VİDEO 20 Avqust 2014 / 12:49 4878
-  A +

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Belqradda "Partizan"ın qonağı olacaq "Neftçi" klubu artıq Serbiyadadır.
 
Qol.Az-ın məlumatına görə, "ağ qaralar"ın serbiyalı Saşa Stamenkoviç sabiq komandası, "Partizan"ın əzəli rəqibi "Srvena Zvezda" klubunu ziyarət edib.

Özünü evindəki kimi hiss edən Stamenkoviçin "Srvena Zvezda"nın qapıçılar üzrə məşqçisi Srcan Maksimoviçlə səmimi münasibəti kameramanların diqqətindən yayınmayıb.

Qeyd edək ki, Stamenkoviç 2008-2011-ci illərdə məhz "Srvena Zvezda"nın şərəfini qoruyub.


Son xəbərlər