Futbol dünyası bu davadan danışır (VIDEO)

Futbol dünyası bu davadan danışır (VIDEO)
DÜNYA FUTBOLU 17 Avqust 2014 / 12:10 8169
-  A +

Fransa çempionatının dünən keçirilən “PSJ” – “Bastia" oyunundan sonra qonaq komandanın hücumçusu Brandao ilə meydan sahibi klubun yarımmüdafiəçisi Tiaqo Motta arasında dava düşüb.

Qol.Az-ın xəbərinə görə, matçdan sonra Brandao patardəyişmə otağına gedən yolda İtaliya millisinin futbolçusuna hücum edərək onu kəllə ilə vurub və dərhal da hadisə yerindən qaçıb. Fransa mətbuatının yazdığına görə, zərbədən Mottanın burnu qırılıb.

Futbolçular arasındakı qalmaqalın səbəbi bilinmir.

Hadisə ilə bağlı Fransa Futbol Federasiyasının sərt qərar çıxaracağı bildirilir.

Qeyd edək ki, insidentin görüntüsü təhlükəsizlik kamerasına düşüb.


 

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu