Luis Suaresin şikayəti rədd edildi

Luis Suaresin şikayəti rədd edildi
DÜNYA FUTBOLU 14 Avqust 2014 / 18:23 2818
-  A +

Beynəlxalq İdman Arbitraj Məhkəməsi Uruqvay millisinin və "Barselona"nın hücumçusu Luis Suaresin etdiyi şikayətlə bağlı qərarını açıqlayıb.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, futbolçunun cəzasının azaldılması ilə bağlı etirazı rədd olunub.

Lakin Suares "Barselona"nın məşqlərində iştirak edə biləcək.

Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub. 27 yaşlı futbolçu FİFA Apelyasiya Komitəsinə müraciət etsə də, qərar qüvvədə saxlanılıb.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu