Argentina Futbol Federasiyası Martino ilə razılığa gəldi

Argentina Futbol Federasiyası Martino ilə razılığa gəldi
DÜNYA FUTBOLU 9 Avqust 2014 / 12:02 2901
-  A +

Argentina Futbol Federasiyası (AFF) milli komandanın baş məşqçi vəzifəsi üçün Xerardo Martino ilə danışıqlara başlayıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, artıq tərəflər arasında razılıq əldə olunub.

Bu barədə açıqlama verən AFF-nın nümayəndəsi Miqel Silva deyib ki, yaxın günlərdə X.Martino ilə müqavilə imzalayacaqlar.

Qeyd edək ki, Argentina millisini son olaraq Alexandro Sabelya çalışdırıb. O, DÇ-2014-dən sonra istefa verib.


Qarabağ FK
Son xəbərlər
topaz banner