Bu gün Çempionlar Liqasında "pley-off" mərhələsinin püşkü atılıb.
Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Püşkatmada 20 komanda iştirak edəcək ki, bunlardan 15-i III təsnifat mərhələsinin qalibləri, 5-i isə mübarizəyə birbaşa qoşulan klublardır. ÇL-in III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Zalsburq" klubu həlledici mərhələdə İsveçin "Malmö" komandası ilə qarşılaşacaq.
Türkiyənin "Beşiktaş" klubu isə səpələnməmişlər səbətində yer almışdı ki, burada da İstanbul təmsilçisinin bəxti gətirməyib. "Qara qartal" mümkün 5 potensial rəqibdən ən güclüsü - "Arsenal" (İngiltərə) klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasının "pley-off" mərhələsinin oyunları 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.
Çempionlar Liqasının pley-off mərhələsinin cütlükləri:
"Maribor" (Sloveniya) - "Seltik" (Şotlandiya)
"Zalsburq" (Avstriya) - "Malmö" (İsveç)
"Olborq" (Danimarka) - APOEL (Kipr)
"Styaua" (Rumıniya) - "Ludoqorets" (Bolqarıstan)
"Slovan" (Slovakiya) - BATE (Belarus)
"Beşiktaş" (Türkiyə) - "Arsenal" (İngiltərə)
"Standart" (Belçika) - "Zenit" (Rusiya)
"Kopenhagen" (Danimarka) - "Bayer" (Leverkuzen, Almaniya)
"Lill" (Fransa) - "Portu" (Portuqaliya)
"Napoli" (İtaliya) - "Atletik" (Bilbao, İspaniya)
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video
Emreli 8 ay sonra qol vurdu
Ştegen "Barselona"da səsvermə hüququnu itirdi
Finalissima-2026 keçirilməyəcək! - UEFA açıqladı
"Son üç oyunda ciddi ağrılarım var idi" - Rəhman Hacıyev
"Vacib iki xal itirdik" - Kurban Berdiyev
Avropa klublarının hədəfinə düşdü
“Qəbələ” - “Neftçi”: Heyətlər
Rəhman Samokun uğurlu seriyasını qırdı
Mahir Emreli ehtiyatda
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
İqor Tudor bu gün istefaya göndərilə bilər
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Liverpul" Alissonla müqaviləni uzatdı
"Nyukasl" Londonda "Çelsi"yə belə qalib gəldi - Video