Gürcüstanın "Çixura" klubunun kapitanı David Odikadze Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu axşam qarşılaşacaqları "Neftçi" ilə görüş haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Bakı "İnter"inin sabiq futbolçusu Gürcüstan mətbuatına açıqlamasında "Neftçi" ilə oyunun onlar üçün çətin keçəcəyini bildirib:
"Bursaspor" səddini keçdik və hər kəs bizdən yenə uğur gözləyir. Ancaq "Neftçi" ilə oyun "Bursaspor" matçından da çətin olacaq. Qəzəbli azarkeşlərimiz qarşısında qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azərbaycanda belə aqressiya gözləmirdim. 90 dəqiqə ərzində azarkeşlərin xoşagəlməz şüarlarını eşitmək heç də yaxşı deyildi. Təbii ki, belə təzyiq altında oynamaq çətin idi, ancaq futbolda belə şeylər olur. Bunu düşmənçiliyə çevirməməliyik. Azərbaycanlı qonaqlarımız Gürcüstana xoş gəliblər".
Qeyd edək ki, bu gün Tiflisin "Mixail Mesxi" stadionunda keçiriləcək "Çixura" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı - 0:0.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı