Ronaldinyo “Atletiko Mineiro”dan qovuldu

Ronaldinyo “Atletiko Mineiro”dan qovuldu
DÜNYA FUTBOLU 28 İyul 2014 / 21:37 6138
-  A +

Braziliyalı məşhur futbolçu Ronaldinyo “Atletiko Mineiro”dan qovulub.

Qol.Az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, təcrübəli yarımmüdafiəçinin intizamsız davranışına görə, klub bu qərarı verib.

Ronaldinyonun qardaşı və meneceri Roberto Assis xəbəri təsdiqləyib.  O, qeyd edib ki, çərşənbə axşamı klub nümayəndələri ilə bu barədə danışacaq.

Qeyd edək ki, Ronaldinyonun Braziliya klubu ilə müqaviləsi bu ilin dekabr ayında başa çatacaqdı.

Son xəbərlər