Xorvatiyalı futbolçu rəsmən "Liverpul"da

Xorvatiyalı futbolçu rəsmən "Liverpul"da
DÜNYA FUTBOLU 28 İyul 2014 / 18:23 4128
-  A +

İngiltərənin "Liverpul" klubu növbəti transferini rəsmiləşdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Liverpul təsmilçisi "Sauthempton"dan Deyan Lovreni transfer edib.

Xorvatiyalı futbolçunun keçidi "mersisaydlılar"a 24 milyon avroya başa gəlib. Lakin 25 yaşlı futbolçu ilə neçə illik müqavilənin imzalandığı açıqlanmayıb.

İmzalanma mərasiminin ardından açıqlama verən Lovren bunları bildirib: "Xəyalım gerçək oldu və burada olduğum üçün çox xoşbəxtəm. Milyonlarla azarkeşimizin olduğunu bilirəm və yeni mövsümə başlamağı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, "Liverpul" daha öncə Rikie Lambert və Adam Lallananı transfer edib.


Son xəbərlər