Kolumbiya millisinin qapıçısı “Arsenal”da

Kolumbiya millisinin qapıçısı “Arsenal”da
DÜNYA FUTBOLU 26 İyul 2014 / 20:14 4116
-  A +

Kolumbiya millisinin və Fransanın “Nitsa” komandasının qapıçısı David Ospina futbolçu karyerasını “Arsenal”da davam etdirəcək.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun baş məşqçisi Arsen Venger Ospinanın onun komandasında oynayacağını təsdiqləyib.

“Voytsex Şensnıy komandamızın əsas qapıçısı olaraq qalacaq. Amma əgər Ospina da özünü yaxşı tərəfdən göstərsə, start heyətində yer alacaq” – deyə Venger bildirib.

Kolumbiyalı futbolçunun “Arsenal”a transferi ilə bağlı rəsmi məlumatın yaxın günlərdə açıqlanacağı gözlənilir.


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu