Patris Evra rəsmən "Yuventus"da

Patris Evra rəsmən "Yuventus"da
DÜNYA FUTBOLU 21 İyul 2014 / 20:50 3851
-  A +

Patris Evra futbolçu karyerasını İtaliyada davam etdirəcək.

Qol.Az-ın xəbərinə görə, fransalı oyunçu "Yuventus"a transfer olunub. Turin təmsilçisi rəsmi saytında P.Evra ilə iki illik müqavilə imzaladığı barədə məlumat yayıb. Bu transfer üçün "Yuventus" 33 yaşlı müdafiəçinin ötən mövsüm çıxış etdiyi "Mançester Yunayted"ə 1.2 milyon funt sterlinq təzminat ödəyib.

Qeyd edək ki, P.Evra "MY"da 2006-ci ildən indiyə kimi 356 rəsmi matçda oynayıb, 8 qol vurub. Onun "MY" ilə müqaviləsi 2014/2015 mövsümünün sonu başa çatırdı.


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu