Braziliya millisinin yeni baş məşqçisi bəlli oldu

Braziliya millisinin yeni baş məşqçisi bəlli oldu
DÜNYA FUTBOLU 21 İyul 2014 / 02:58 6529
-  A +

Luis Felipe Skolarinin istefasından sonra boş qalmış Braziliya millisinin baş məşqçi vəzifəsinə təyinat açıqlanıb.

Qol.Az-ın məlumatına görə, milli komanda veteran futbolçu Karlos Dunqaya həvalə olunub.

Bu barədə Braziliyanın “Qlobo Esporte” qəzeti xəbər yayıb.

Əsl adı Karlos Kaetano Bledorn Veeri olan mütəxəssis 2006-2010-cu illərdə də Braziliya millisinin sükanı arxasında olub. Son olaraq “İnternaşional” klubunu çalışdıran Dunqa 2009-cu ildə Konfederasiyalar kubokunu qazanıb.

Futbolçu karyerası da uğurlu olan Dunqa 1994-cü ildə “sambaçılar”la dünya çempionu olub.

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu