"Transfer bombası" partlayır: Xames Rodriges Madriddə! (FOTO)

"Transfer bombası" partlayır: Xames Rodriges Madriddə! (FOTO)
DÜNYA FUTBOLU 20 İyul 2014 / 20:57 9915
-  A +

DÇ-2014-də altı qol vurmaqla diqqətləri özünə cəlb edən Kolumbiya millisinin hücumçusu Xames Rodriges “Real”la müqavilə bağlamaq üçün bu gün Madridə gedib.

Qol.Az-ın “Total Football”a istinadən yaydığı xəbərə görə, bu gün tərəflərin rəsmi müqavilə imzaladıqlarını açıqlayacağı gözlənilir .

“El Mundo” nəşrinin yazdığına görə, “Real” bu transfer üçün futbolçunun klubu olan “Monako”ya 80 milyon avro təzminat ödəyəcək. Rodrigesin özü isə ilə 7 milyon avro qazanacaq. Müqavilənin 6 il müddətinə imzalanacağı bildirilir.


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu