“Real” Anxel di Mariya ilə danışıqları dayandırdı

“Real” Anxel di Mariya ilə danışıqları dayandırdı
DÜNYA FUTBOLU 20 İyul 2014 / 14:55 6682
-  A +

Madrid “Real”ının futbolçusu Anxel di Mariya klubundan illik gəlirinin ikiqat artırılmasını tələb edib.

Qol.Az "Marca" qəzetinə istinadən yaydığı xəbərə görə, PSJ və “Mançester Yunayted”in maraq dairəsində olan yarımmüdafiəçi “Real”la son danışığında illik gəlirinin 4 milyondan 9 milyon avroya artırılmasını istəyib. Lakin bu, Madrid klubunun qane etmədiyindən “Real”ın argentinalı futbolçu ilə danışıqları dayandırdığı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl  PSJ-nin təklifini rədd edən Anxel di Mariya yeni mövsümdən İngiltərə Premyer Liqasında oynamaq istədiyini deyib.

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu