Uruqvay prezidenti: “Suaresin başında problem var”

Uruqvay prezidenti: “Suaresin başında problem var”
DÜNYA FUTBOLU 20 İyul 2014 / 12:17 5161
-  A +

Uruqvay prezidenti Xose Muxika milli komandalarının hücumçusu Luis Sureasin DÇ-2014-ün İtaliyaya qarşı oyununda rəqib futbolçu Corco Kyellinini dişləməsinə növbəti dəfə münasibət bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, Suresin başında problem var:  “O, Uruqvayda çox kasıb rayonda böyüyüb. Buna görə də bəzən özünə nəzarəti itirir”.

Ölkə prezidenti bildirib ki, FİFA-nın Suareslə bağlı cəzası vəziyyətdən çıxış yolu deyil: “Cəza ilə problem həll olunayacaq. Onu psixi xəstəxanaya göndərmək lazım idi. Futbolçunu bu durumdan yalnız psixiatr çıxara bilər”.


Qarabağ FK
Son xəbərlər
topaz banner