Argentina millisinin baş məşqçisi Alexandro Sabelya DÇ-2014-ün Almaniya ilə final oyunu ərəfəsində mətbuat konfransı keçirib. Qol.Az-ın “Sport-ekpress”ə istinadən yaydığı xəbərə görə, tədbirə 20 dəqiqə gecikən mütəxəssis suallara qısa cavab verib.
- Finala çıxdığımız üçün xoşbəxtik. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Komandamız hazırda mübariz əhval-ruhiyyədədir. Hər bir futbolçu öz ölkəsinə sevinc bəxş etmək əzmindədir.
– Almaniya ilə oyunda sizin üçün ən vacib məqam nə olacaq?
- Almanlara başlarını qaldırmağa imkan verməməliyik. Almaniya adi milli komanda deyil. Onlar planetin ən güclü millilərindəndir. Onların hücumu zamanı sanki üzərinə böyük bir dalğa gəlir. Təhlükə bizi hər mövqedən vura bilər. Almaniyaya qalib gəlmək üçün ideal oyun keçirməliyik. Müdafiədə ciddi oynamalı, hücumda şanslarımızı boşa verməməliyik.
– Siz oyunçularınıza DÇ-2010-da Almaniyaya 0:4 hesablı məğlubiyyəti xatırlatmısınız?
– Son iki çempionatı müqayisə etmək istəmirəm. Dörd il əvvəl olanlar tarixdə qalıb. O zaman mən komandada deyildim, ona görə də yarışa necə hazırlaşdıqlarını bilmirəm. Bir ona əminəm ki, futbolçular qələbə qazanmağı çox istəyiblər. Təəssüf ki, erkən qol onların oyununu “sındırdı”. İndi Argentina komandası daha konservativ oyun nümayiş etdirir.
– Mundialdan sonra millinin tərk edəcəyiniz haqda xəbərlər yayılıb.
– Bu haqda hələ fikirləşməmişəm. Hələlik ancaq qarşıdalı finalı düşünürəm.
– Anxel Di Mariya finalda oynaya biləcək?
– Onun durumuna baxacağıq. Hər şey son məşqdən asılıdır. Məşqdən sonra futbolçunun özü və həkimlərlə danışacağıq.
– O fikirlə razısınız ki, finaldakı qələbə Argentina futbolu üçün çox vacibdir?
– Bütün ölkənin arzusu yerinə yetəndə ciddi dəyişiklik baş verir. Bu, Argentinada futbolun böyük sıçrayışı üçün yaxşı bir şansdır. Qələbə gənclərə yeni stimul verə, inkişaf başlana bilər. Bu, ilk növbədə ölkə çempionatına, regional liqalara və uşaq futbol məktəblərinə aid olacaq.
– Argentina azarkeşləri Braziliyanı sevmirlər. Siz mundialda Braziliya millisini qabaqlamaqdan məmnunsunuz?
– Şəxsən mən Braziliyaya həmişə hörmətlə yanaşmışam, onu böyük futbol ölkəsi saymışam. Beş dünya çempionluğu heç kimdə yoxdur. “Marakana”da final oynamaq şərəfdir.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video