"DÇ-2014": Hollandiya üçüncü, Braziliya dördüncü oldu

"DÇ-2014": Hollandiya üçüncü, Braziliya dördüncü oldu
DÇ-2014 13 İyul 2014 / 02:53 11736
-  A +

Bu gecə "DÇ-2014"ün bürünc mükafatçısı bəlli olub.

Qol.Az-ın məlumatına görə, üçüncülük uğrunda keçiriləcək oyunda Braziliya və Hollandiya yığmaları qarşılaşıb.

Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan Braziliya ikinci hissədə daha bir top buraxıb. Bu görüşdə 3:0 hesabı ilə qələbə qazanan Hollandiya yığması mundialın üçüncüsü olub. Braziliya millisi isə dördüncülüklə kifayətlənib.

Xatırladaq ki, yarımfinalda meydan sahibləri Braziliya Almaniyaya 1:7 hesabı ilə, Hollandiya isə Argentinaya penaltilər seriyasında (2:4)
uduzub. 





12 iyul

Üçüncü yer uğrunda oyun

01:00. Braziliya – Hollandiya - 0:3
Qollar:
Van Persi, 3-pen. (0:1), Blind, 17 (0:2), Viynaldum, 90+1 (0:3)
Baş hakim:
Camal Haymudi (Əlcəzair)

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq