Əfsanəvi braziliyalı futbolçu Romario milli komandalarının DÇ-2014-ün yarımfinalında Almaniyaya tarixi məğlubiyyətinə görə ölkə Futbol Federasiyasını tənqid edib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, DÇ-1994-ün qalibi bildirib ki, Braziliya futbolu son illər deqredasiyaya uğrayıb.
“Bizim sevimli idman növümüz dərin böhran içindədir. Siz elə bilirsiniz, bunun günahkarı Skolari və oyunçulardır? Yox! Mənə elə gəlir ki, həqiqəti deməyin zamanı çatıb. Braziliya futbolunun bu günə düşməsinin səbəbkarı federasiyayadakı korrupsionerlər və quldurlardır” – deyə Romario bəyan edib.
O bildirib ki, son dörd ildə dəfələrlə Braziliya futbolunda ciddi problemlər olduğunu deyib, amma buna əhəmiyyət verən olmayıb: “Bunlar boş, havaya deyilmiş sözlər kimi qəbul edildi. Bu korrupsionerlər bizim irsimizi, dəyərlərimizi, ən əsası da futbolçularımızı idarə edirlər. Başa düşmək lazımdır ki, futbol biznesdir və bundan çoxları şəxsi mənafeyi üçün istifadə edir”.
Romario Braziliyanın prezidenti Dilma Rusefə müraciətlərinin də nəticəsiz qaldığını deyib: “O, məni heç vaxt dəstəkləmədi. Xanım Rusefdən bir neçə dəfə xahiş etdim ki, futbolumuzdakı problemə müdaxilə etsin. Nəticəsi olmadı. Korrupsiya klublarda da dərin kök salıb. Bütün bunlar bizim futbolu məhvə aparır. Almaniya millisi bizim komandanı darmadağın etdi. Nəticədə Braziliya millisi milyard dollara təmir edilmiş “Marakana”da final oynamaqdan məhrum oldu. Federasiyanın prezidenti futbolçulara dəstək olmaq istəyən Kafunu paltardəyişmə otağından qovur. Kafu dünya çempionu adını qazanmış Braziliya millisinin kapitanı olub. Bu da ona qoyulan hörmət. Amma bütün bunlar bizim indiki futbol sisteminə xasdır”.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"