Van Qal məğlubiyyəti şərh etdi

Van Qal məğlubiyyəti şərh etdi
DÇ-2014 10 İyul 2014 / 05:20 5614
-  A +

DÇ-2014-ün yarımfinalında Argentinaya penaltilər seriyasında uduzan Hollandiya millisinin baş məşqçisi Lui Van Qal oyun haqda fikirlərini bildirib.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mətəxəssis oyunu belə şərh edib:

“Oyunun penaltilər seriyasına qədər uzanacağını təxmin etmişdim. Ancaq hər üç əvəzləmədən istifadə etdiyim üçün bu dəfə qapıçı Tim Krulu meydana daxil edə bilmədim. Martins İndinin sarı vərəqəsi olduğu üçün onu Yanmata ilə əvəzləməli oldum.  Hunteları da mübarizəyə qoşdum. Ancaq lazım olan qolu vura bilmədik”.

Van Qal futbolçusu Vların penaltidən yararlana bilməməyinə də münasibət bildirib: “İlk penaltini yerinə yetirmək üçün insanda güclü xarakter olmalıdır. Vlar buna hazır deyildi. Ancaq o, oyunun ən yaxşılarından idi”.

Son xəbərlər