Sabelya: “Çempion olmağa layiqik”

Sabelya: “Çempion olmağa layiqik”
DÇ-2014 10 İyul 2014 / 04:50 3519
-  A +

“Özümüzü çox xoşbəxt his edirik. Oyun çox ağır oldu. Təbii ki, dünya çempionatının oyunları belə olmalıdır”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Argentina millisinin baş məşqçisi Alexandro Sabelya Hollandiyaya qalib gələrək DÇ-ın finalına yüksəldikləri oyundan sonra FİFA-nın rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Almaniya ilə final oyunu haqda iddialı danışıb: “İndi biz finaldayıq.  Öz gücümüzə bələdik. Bilirik ki, dünya çempionu olmağa qadirik Həm də buna layiqik. Hamımız bunun üçün çalışırq”.

Son xəbərlər