Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2014 haqda xarici mətbuata müsahibə verib. Qol.Az saytı müsahibəni təqdim edir
- DÇ-2014-ün finalında Argentina və Braziliya yığmaları qarşılaşa bilər. Əgər gerçəkləşsə, bu, hər kəsin gözlədiyi final olacaqmı?
- Təbii ki, Cənubi Amerika ölkələrinin oynayacağı final özəl olacaq. Cənubi amerikalı azarkeşlər komandalarını sona kimi dəstəkləyirlər. Dünya çempionatının finalında oynamaq hər futbolçunun arzusudur. Amma bunun üçün əvvəlcə Hollandiyanı məğlub etməliyik.
- Dünya çempionatında vurduğun qollarla sənin yaxşı çıxışına şübhə ilə yanaşanları haqsız çıxardığın düşünürsənmi?
- İnsanların haqqımda nə düşündüyünə çox önəm verməməyə və komandamı fikirləşməyə çalışıram. Çünki oynadığımız futbol bizim necə bir komanda olduğumuzu göstərir. Mən qol vurmağa davam etdikcə Argentina da turnirdə daha yaxşı yerlərə yüksələcək. Mənim üçün önəmli olan da budur.
- İndiyə kimi dünya çempionatındakı çıxışdan məmnunsanmı?
- Komanda yaxşı oynayır. Yarımfinala yüksəlmək üçün çox çalışdıq. İsveçrə ilə matç bizim üçün bir sınaq oldu. Güclü müdafiəçilərimiz var. Bu da hücum edərkən belə bizə güvən verir. Bir komanda olaraq birləşmişik.
- Mundialda bəyəndiyin futbolçular kimdir?
- Kolumbiya millisinin futbolçusu Xames Rodriqesin çıxışını çox bəyəndim. Onun Uruqvaya vurduğu qol sanki sənət əsəri idi.
- İspaniyanın DÇ-2014-lə erkən vidalaşması haqda nə düşünürsən?
- İspaniya çox çətin qrupda mübarizə apardı. Bu dünya çempionatı sürprizlərə dolu oldu. Bir çox məşhur komanda daha az tanınmış futbol ölkələrinə uduzdu. İspaniya yığmasının çox yaxşı futbolçuları var. Əminəm ki, onlar bundan sonrakı turnirlərdə daha uğurlu çıxış edəcəklər.
- Dünya çempionatında vurulan qol sayı haqda nə düşünürsən? Brazuka ilə oynamaq necədir?
- Möhtəşəm! İnsanlar bu dünya çempionatı haqda uzun illər danışacaqlar. Çünki burada hər matç həyəcanlıdır. Mən də bu turnirdə iştirak etdiyim üçün sevinirəm. Brazuka ilə oynamaq isə mənə xüsusi zövq verir. Hər bir dünya çempionatının ikonik bir topa ehtiyacı var. Brazuka da bu DÇ-in simvollarından biridir.
-"Qızıl buts", yoxsa dünya kuboku?
- Təbii ki, dünya kuboku. Dünya çempionu olmaq hər futbolçu üçün ən böyük uğurdur. Uşaqlığımdan ən birinci arzum dünya kubokunu qazanmaq olub. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.
- Kapitan olaraq üzərində daha çox təzyiq hiss edirsənmi?
-Bu, normal bir təzyiqdir. Argentina millisinin kapitanı olmaq mənim üçün şərəfdir. Matçlarda yaxşı oynamağa çalışıram. Azarkeşlərin mənə olan etimadını dünya kubokunu qazanmaqla doğrultmaq istəyirəm.
Qol VAR idimi? “Turan Tovuz”dan etiraz - Video
"Neftçi"dən böyükhesablı qələbə, Tovuzda heç-heçə
“Neftçi” - “Araz-Naxçıvan” matçında fasilə yarandı
"Turan Tovuz" - "Şamaxı" matçından - Video
Salah dubl etdi, "Trabzonspor" qələbə qazandı
"Bu kluba 20 ilimi vermişəm, qəzəbi başa düşürəm"
“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev
“Düzgün oyun nümayiş etdirdik” - Azər Bağırov
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
“Neftçi” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
1 avtoqol, 1 qırmızı vərəqə, böyükhesablı qələbə
Haaland yubiley oyununa yeni stili ilə çıxdı - Şəkil
“Mançester Siti”dən 18 ildən sonra ilk
DÇ-də oynadı, 100 milyonluq transfer təklifi aldı
“Turan Tovuz” - “Şamaxı”: Heyətlər
"Çelsi"nin futbolçusu "Napoli"yə keçdi
Başından xəsarət alan Kerem Aktürkoğlunun durumu açıqlandı
Azərbaycan millisinin bütün üzvləri medal qazandı
Darvin Nunyes klubunu dəyişdi
"Atletiko"dan ayrılıb "Barselona"ya keçmək istəyir
Məşhur hakim “Sabah”ın həlledici oyununda!
Mourinyo "Real"ın bazasında gecələyir
Qoretzka bu klubla razılaşdı
Kapitan 2 oyundur ehtiyatdadır! Səbəb nədir? - Video
"Real" mövsümə qələbə ilə başladı - Video
"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazandı
"Fənərbaxça" və "Samsunspor"dan qələbə
Rəşad Sadıqov: “Mütləq heyətimizi genişləndirməliyik”
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
Rüfət oynadı, komandası uduzdu
“Zirə” və "Şəfa"dan qələbə
Azarkeşin halı pisləşdi, matç dayandırıldı
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
“Bu heyətlə məqsədimizə çata bilərik” - Zaur Həşimov
"Tottenhem"in tarixinə düşdü
“Fənərbaxça”dan Taliska açıqlaması
“Zirə” - “İmişli” matçının heyətləri açıqlandı
“Belə meydanda istədiyimiz futbolu oynamaq çətindir”
“Ronaldo əsas heyətdə oynamamalıdır”
“Liverpul” “Real”ın hücumçusuna göz dikdi
Ayxan Abbasov Türkiyədə oyunu tribunadan izlədi - Şəkil
Acun Ilıcalının klubu “Mançester Yunayted”ə qalib gəldi