Van Qal: “Hələ oyundan əvvəl...”

Van Qal: “Hələ oyundan əvvəl...”
DÇ-2014 6 İyul 2014 / 12:22 4728
-  A +

“Hazırkı Hollandiya millisi bu günə qədər işlədiyim ən yaxşı kollektivdir. Bunu ilk təlim-məşq toplanışında da hiss etmişəm. Kosta-Rikadan daha yaxşı oynadıq. Qələbəyə layiq idik ”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Hollandiya millisinin baş məşqçisi Lui van Qal Kosta-Rika üzərində qələbə qazanaraq DÇ-2014-ün yarımfinalına yüksəldikləri oyundan sonra deyib.

Qeyd edək ki, Hollandiya rəqibini penaltilər seriyasında məğlub edib – 4:3. Oyunun 120+1-ci dəqiqəsində van Qal Sillesenin əvəzinə digər qapıçı Tim Krulu meydana buraxıb. Təcrübəli qapıçı isə oyunun qəhrəmanına çevrilib. O,  rəqibin iki penaltisini dəf edərək komandasını yarımfinala yüksəldib.

Van Qal bu əvəzetməni oyundan əvvəl planlaşdırdığını bildirib: “Hələ matçdan əvvəl Tim Kruldan istifadə etməyi düşünürdüm. Sadəcə, Sillesenin məyus etməmək üçün bunu heç kimə bildirməmişdim. Əslində hər iki qapıçının öz üstünlükləri var. Ancaq Tim Krul penaltilər seriyasına qədər də komandanın ən yaxşılarından biri idi”.

Son xəbərlər