Belçika millisinin qapıçısı Tibo Kurtua "DÇ-2014"ün 1/8 finalında qalib gəldikləri ABŞ-la oyun (2:1) haqda fikirlərini bölüşüb.
Qol.Az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, təcrübəli qolkiper əlavə vaxtın ikinci 15 dəqiqəsinin onlar üçün çox çətin keçdiyini bildirib:
"Əlavə vaxtın ilk 15 dəqiqəsini yüksək səviyyədə keçirdik və iki qol vurduq. Ancaq ikinci 15 dəqiqədə bir qədər tempi aşağı saldıq və rəqibin qapımıza yaxınlaşmasına imkan verdik. Ola bilər ki, ikinci 15 dəqiqənin asan keçəcəyini düşündük. Lakin əksinə oldu. Rəqib bir qol vurduqda matçın sonuna hələ 10 dəqiqə qalmışdı. Bu vaxt bizim üçün çox çətin keçdi".
Kurtua 1/4 finalda qarşılaşacaqları Argentina millisinin hücumçusu Lionel Messini yaxşı tanıdığını və onun videoyazılarına baxmağa ehtiyacı olmadığını bildirib: "Messini İspaniya La Liqasından yaxşı tanıyıram. Onun videoyazılarını izləməyimə ehtiyac yoxdur. Ancaq unutmayın ki, Messi gözlənilməz anlarda zərbə mövqeyinə çıxa bilən futbolçudur. Ona qarşı oynadıqda bu futbolçunu daim nəzarətdə saxlamalısan. Əks təqdirdə o, səni cəzalandıracaq".
Qeyd edək ki, Belçika dünya çempionatının 1/4 finalında Argentina yığması ilə qarşılaşacaq. Həmin görüş iyulun 5-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi