Hitsfeld: “Bütün dünya İsveçrənin nəyə qadir olduğunu gördü"
“Biz bu oyunda qalib gəlməli idik. Ancaq siz də gördünüz ki, Argentina millisi istənilən vaxt oyunun nəticəsəni dəyişməyə qadir idi. Əgər biz rəqibə bir qol vursaydıq, onlar bunun əvəzini bir neçə qolla çıxa bilərdi”.
Qol.Az-ın məlumatına görə, bu sözləri İsveçrə millisinin baş məşqçisi Ottmar Hitsfeld Argentina ilə oyundan sonra FİFA-nın rəsmi saytına açqlamasında deyib.
Almaniyalı mütəxəssis rəqibin daha güclü olduğunu etiraf etməklə yanaşı komandasının mundialda layiqli çıxış etdiyini bildirib: “Oyun ərzində 3-4 futbolçumuz Messini zərərsizləşdirməklə məşğul idi. Ancaq belə oyunlarda diqqəti yalnız bir oyunçuya yönəltmək olmaz. Bunu Anxel Di Mariya da sübut etdi. Komandamı təbrik etmək istəyirəm. Çünki futbolçularım sona qədər döyüşdülər. Bu gün İsveçrə millisinin nəyə qadir olduğunu bütün dünya gördü. Biz evə başıuca qaydırıq”.
Qeyd edək ki, Argentinaya uduzan İsveçrə millisi mundialla vidalaşıb.