Sabella: “Görüşün əsas vaxtında qələbəyə layiq idik”

Sabella: “Görüşün əsas vaxtında qələbəyə layiq idik”
DÇ-2014 2 İyul 2014 / 01:13 2212
-  A +

“Məncə, biz görüşün əsas vaxtında qələbə qazanmağa layiq idik. İlk hissədə 2-3 real qol imkanından yararlana bilmədik. İkinci hissədə isə rəqibi daha da üstələdik.  Ümumiyyətlə oyun böyük üsyünlüyümüz şəraitində keçdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Argentina millisinin baş məşqçisi Alexandro Sabella İsveçrə ilə oyundan (1:0) sonra deyib.

Təcrübəli mütəxəssis komandasının rəqibdən daha yaxşı oynadığını və növbəti mərhələyə adlamağa layiq olduqlarını bildirib:
“Əsas odur ki, qalib gəldik.  Ancaq təbii ki, bu görüşdən müəyyən çəticələr çıxaracağıq. İlk hissədə biz çox güclü təsir bağışlayan rəqibə qarşı gözəl oyun nümayiş etdirdik. Futbolçularım Roxo və Romeronun oyunu  mühtəşəm idi. Komandamı intizamlı və baxımlı oyununa görə təbrik edirəm. Həmişə özümü tənqid etmişəm. Ancaq hesab edirəm ki, bugün komandam  əla oynadı”.

Xatırladaq ki, Argentina millisi görüşün 118-ci dəqiqəsində Anxel Di Mariaynın qolu ilə 1:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Son xəbərlər