AFFA-nın İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktorları təyin olunması idi.
AFFA artıq bir çox klublara idman direktoru təyin edib və “Futbol+”-in yaydığı xəbərə inansaq, hər bir əcnəbi mütəxəssisin bir il ərzində ölkəmizdə fəaliyyət göstərməsi 150 min dollara başa gələcək. Yəni, 10 klub üçün xərclənən pul 1,5 milyon dollar təşkil edəcək.
İcraiyyə Komitəsinin bu qərarını futbolun inkişafına atılmış addım kimi dəyərləndirmək olardı. Ancaq zaman göstərir ki, çox əhəmiyyətli və bahalı qərarı verənlər bu layihənin işləmə mexanizmini, tətbiq sistemini hazırlaya bilməyiblər. İşləmə mexanizmi mövcud olmayan istənilən qərar isə kağız üzərində yazı olaraq qalmağa məhkumdur. Layihəni uğursuzluğa sürükləyən səbəblər həm sadə, həm də çox mürəkkəbdir.
Uşaq futbolu ilə az-çox maraqlanan istənilən şəxs bilir ki, bu sahədə vəziyyət bərbaddır. Bir-iki klubu çıxmaq şərtilə, digərləri uşaq futbolunu yalnız lisenzayalaşdırmanın şərtlərinə əməl etmək üçün, başqa cürə desək, “candərdi” saxlayırlar. AFFA-nın uşaq futboluna əl qoyması yerinə düşdü. Ancaq...
AFFA-nın baş katibi klub idarəçiləri ilə görüşərək bu qərarın icra olunmasına dair razılıq alıb. Lakin iclasda razılıq verən klub rəsmiləri sonradan mətbuatda başqa cür danışmağa başlayıblar. Məsələ ondadır ki, qərara əsasən yeni idman direktorları klublara fəal iş üçün cəlb olunublar. Onlar uşaqlara oyun sistemini aşılamalı, məşq proseslərini tənzimləməli, məşqçilərin fəaliyyətinə nəzarət etməli, məşqçilərin işi qane etmədiyi halda onları yeniləri ilə əvəzləmək hüququna malik olmalı və s. Yəni, adından göründüyü kimi idman direktorları olmalıdı. Ancaq bəzi klubların nümayəndələri açıqlamalarında bilrirlər ki, həmin idman direktorları yalnız monitorinq aparmaq üçün təyin olunublar. Olduqca absurd sələnir, elə deyilmi? Dünyanın harasında görülüb ki, idman direktorunun işi monitorinq aparmaq olsun?
Klublarda uşaq futbolunun hansı səviyyədə olmasını araşdırmaq üçün 1,5 milyonluq monitorinqə ehtiyac yoxdur. Hətta 1 aylıq ciddi jurnalist araşdırması ilə dosye şəklində bütün problemləri araşdırıb üzə çıxarmaq olardı. Tutaq ki, bunu əcnəbi mütəxəssislərin etməsi daha ideal variantdır. O zaman nə üçün 1 il? Uşaq futbolundakı durum haqqında monitorinq aparmaq üçün 1 ay kifayət edir.
Ancaq AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu deyir ki, yeni idman direktorları klublarda səlahiyyət sahibi olacaqlar. Yəni, idman direktorlarının işi yalnız monitorinq aparmaqdan ibarət olmayacaq. Bax, burada “düyün” yaranır. AFFA bir söz deyir, klublar başqa. İndi necə olacaq?
Misal üçün “Xəzər Lənkəran”da İlhan Akgül, “Qarabağ”da Borçe Xristov uşaq futboluna rəhbərlik edirlər. Bu klublarda idman direltorları ilə koordinatorların müştərək işləyə bilməyəcəyini anlamaq üçün dahi olmaq lazım deyil. Çünki bir işin başında bir adam olmalıdı. Əfsanəvi Valeri Lobanovski demişkən, “kollektiv məsuliyyət olmur, məsuliyyətsizlik olur”.
Bütün bu anlaşılmazlıqlar onu göstərir ki, AFFA bu qərarı səmərəli icra etmək üçün mükəmməl tətbiq sistemi hazırlaya bilməyib. Bu məsələdə hər bir klubla individual iş aparmaq lazım idi. Əvvəlcədən monitorinq aparıb, klublarla iş üzrə ayrı-ayrı menecerlər (müqavilə əsasında) təyin olunmalı idi. Həmin menecerlər isə klubla AFFA arasında körpü rolunu oynamalı idi və bütün günü idman direktorunun yanında fəaliyyət göstərməli idi. İndiki halda AFFA-nın idman direktorları klubda kimsəsiz uşaqlara bənzəyəcəklər. Bəzən heç bilməyəcəklər sözünü kimə desinlər, necə desinlər. Məcbur olub, iki gündən bir gələcəklər AFFA-ya ki, sözümüzü eşidən yoxdur. Elxan Məmmədov zəng edəcək klub rəhbərinə şikayət edəcək. Bir-iki həftə vəziyyət düzələcək, sonra isə yenə “köhnə hamam, köhnə tas”. Bir gün Məmmədov da başa düşəcək ki, onu “yola verirlər”, bezib buraxacaq hər şeyi başlı-başına. Bu da olacaq 1,5 milyonluq layihənin uğursuz sonu.
Gərək ki, məhz idman direktorlarının araşdırması nəticəsində klublara maddi yardım ayrılacaq. Əslində, bu özü də çox gülməlidir. Görün, Azərbaycan futbolu nə gündədir ki, büdcələri milyonlar təşkil edən klublar uşaq futbolunu saxlamaq üçün AFFA-nın köməyinə göz tikiblər. Tutaq ki, AFFA maliyyə ayırdı və ya bu köməyi forma və inventar şəklində etdi. Kim zəmanət verə bilər ki, həmin forma və inventarlar aidiyyəti üzrə paylanacaq və ya istifadə olunacaq?
Bu məsələdə AFFA-ya bəzi məsləhətlərim var. Elxan bəy, həmişə sual yaranır ki, niyə məşqçilər uşaq futbolunda işləmək istəmirlər? Çünki onların əksəriyyətinin maaşı 300-400 manatdır. Belədə səviyyəsi az-çox yüksələn məşqçi dərhal yuxarılara can atır. Buna görə də, idman direktorunun göstərişinə əsasən, məşqçi kateqoriyasına və iş bacarığına uyğun olaraq, AFFA məşqçilərə maaş ayıra bilər. Orta hesabla hər klubda 20 məşqçi var və idman direktoru onlardan 5-6 nəfərini fərqləndirsə, AFFA onlara maaş kartı əsasında pul ayıra bilər. AFFA həmin məşqçilərə klubda aldıqları maaşdan əlavə 700-800 manat aylıq məvacib ayırsa, onların aylıq maaşı normal həddə çatacaq. Təxmini hesablamaya görə, bu ödənişlərə illik 500-600 min manat ayırmaq lazım olacaq. Bir çox istedadlı futbolçular var ki, onlar məşqə gəlməyə belə pul tapmırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müştərək layihə hazırlanmalı və həmin uşaqların ailələrinə müvafiq şəkildə maddi köməyin edilməsi istiqamətində iş aparmaq lazımdır. Klublarda ciddi ekipirovka və inventar problemləri də mövcuddur. Mövcud problemləri saymaqla bitən deyil bu. Ona görə də, bu qərarın effektiv icra olunması üçün məsələyə yenidən və daha ciddi baxış keçirmək lazımdır.
Emin ABBASOV
Sportal.az
Eriksen karyerasını başa vurmaq niyyətində deyil
"Arsenal" onu hədəfə aldı
FİFA-ya qarşı boykot planlaşdırırlar
"Fənərbaxça" onu göndərə bilmədi
Qəbələdə 5 qol
40 yaşlı futbolçu ilə müqaviləni yenilədilər
Şeydayevin yeni klubu rəsmiləşdi
"Turan Tovuz" Türkiyə klubuna böyük hesabla qalib gəldi
Rahid Əmirquliyev 1-ci liqa klubunda
Millidən gedir
Poçettino ABŞ millisi ilə müqaviləni uzatdı
"Sumqayıt" hücumçu transfer etdi
İnfantino vəzifəsini qorumaq üçün Trampdan dəstək istəyir
Ronaldo toyuna bu ulduzları dəvət etdi
"Zirə"də gözlənilməz ayrılıq
“Qarabağ”ın “pley-off”dakı potensial rəqibləri bilindi
Avropa Liqasında pley-off mərhələsinin püşkü atıldı
UEFA FİFA-nı məhkəməyə verə bilər
Azərbaycan millisi bu komandalarla qarşılaşacaq
ÇL-də pley-off mərhələsinin püşkü atıldı
İnfantinoya dəstəyi geri çəkdilər
“Sabah”ın mümkün rəqibi müəyyənləşdi - ÇL-də püşk atıldı
Çexiya millisinin üzvü "Nyukasl"da
Azərbaycanı Avropa kubokunda təmsil edəcək cüdoçular
Van Qal milliyə qayıtmaq istəyir
Mendi qalır, ya gedir?
“Qarabağ” güclü rəqibdir, amma biz mərhələni keçməliyik”
Aziz Yıldırım Bakıda - Şəkillər
“Real”dan “Sevilya”ya - Rəsmi
FİFA klubların pulunu hələ də ödəməyib
"Yuventus" Kolo Muaninin transferini açıqladı
"Milan"dan "Fənərbaxça"ya rədd cavabı
Mahirin “Rakov”dakı 2-ci qolunun - Videosu
"Trabzonspor"dan Salah açıqlaması
Klublararası dünya çempionatı təhlükə altında
Argentina millisinin üzvü "Çelsi"də - Rəsmi
Uğursuzluğa görə baş məşqçini göndərdilər
Niderland Superkubokunu qazandılar
"Real"dan ayrılmaq karyeramda dərin iz buraxdı"
Mahirdən növbəti qol
"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi
"Qarabağ"da ciddi itki
"Qəbələ" Qətər klubuna qalib gəldi
"Yuventus" 18 yaşlı futbolçu ilə gücləndi