“Neftçi”nin rəngləri kimi tarixi də ağ-qaradan ibarət olub həmişə. Sovetlər dönəmində də, müstəqillik illərində də zaman-zaman pis durumlara düşüb xalq komandamız. Amma yarandığı gündən 80 il sonra, özü də belə zəif çempionatda “Neftçi”nin yubiley ilində bu qədər bərbad çıxış edəcəyini heç ən pessimist azarkeşlər də proqnozlaşdırmazdılar.
Rəsmiləşdi, “Neftçi” yubiley ilini nəinki titulsuz başa vurur, heç avrokuboklara da gedə bilmir. Belə baxanda, heç ötən mövsüm də avrokuboklara vəsiqə qazana bilməmişdilər. Ancaq o vaxt məlum səbəblərdən “İnter” və “Zirə”nin əvəzinə Avropa Liqasına yollananlardan biri də “Neftçi” olmuşdu. Di gəl ki, orada da üz ağarda bilməmişdilər. İndi, daha bir uğursuz mövsümün sonunda ölkənin ən köklü klubunda hamı günahkar axtarışına çıxıb. Hamı rəzil durumun günahını başqasında axtarır.
Çingiz, Elxan, Vəli, Elnur, Orxan və ya bir başqası...
Bunun artıq heç bir önəmi yoxdur. Tarixdə təfərrüatlar yox, nəticə qalır. Bu “Neftçi” 80 ilin ən qara üzüdü. “Flaqman”ı kimin bu günə qoyduğunu 20-30 ildən sonra çox az adam xatırlayacaq. 80 illiyin qara səhifəsi isə həmişə “Neftçi”nin üstündə biabırçı tarix kimi qalacaq.
Sonda bir neçə kəlmə də Elxan Abdullayev barədə. Onu günah keçisi çıxarmaq fikrindən uzağıq. Çünki Elnur Məmmədov-Vəli Qasımov tandemi “Neftçi”ni elə hala salmışdı ki, onu yenidən ayağa qaldırmaq çətin idi. Lakin Elxan Abdullayev yubiley ilində “Neftçi”ni heç olmasa Avropa Liqasına çıxara bilərdi. Komanda qış fasiləsindən sonra normal oynamağa da başlamışdı. Səbəb kimi göstərilən kubok oyunlarına gəlincə, “Qarabağ”la (0:2) evdəki ilk matçdan sonra “Neftçi” üçün mübarizə artıq sona çatmışdı. Əgər Elxan bəy hələ də möcüzəyə ümid edirdisə...
Məşqçinin əsas bacarığı da odur ki, komandasının imkanlarını düzgün müəyyənləşdirə bilsin! İndi isə öz dediyi kimi “Əli aşından da oldu, Vəli aşından da”. Hərçənd kubok matçlarını Premyer Liqadakı uğursuzluğun əsas səbəbi kimi qəbul etmək olmur. Yəqin ki, bunun dəqiq, dolğun izahı da var. Amma ən bəsit formada desək, “Neftçi” qış toplanışında yığdığı gücü qısa zamanda xərclədi. "Bir neçə atımlıq barıt" təsiri bağışladı Elxan Abdullayevin qışdan sonrakı komandası. Mövzunu bir qədər də uzadıb, daha detallı təhlillər aparmaq olardı.
Qısaca isə, 80 ilin ən qara üzü oldu bu “Neftçi”...
Emin ABBASOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video