Zaqatalanın «Simurq» klubunun prezidenti Zaur Məmmədovun Qol.Az-a müsahibəsi
- «Simurq»un uğurunu heç də təsadüfi saymaq olmaz. Komandamız mərhələ-mərhələ bu səviyyəyə gəlib çatdı. Güclülər dəstəsində çıxış etdiyimiz ilk mövsümdə 9-cu yeri tutduq. İkinci il 7-ci nəticə göstərdik. Artıq hansısa nəticəyə imza atmaq vaxtıdır. Bu 3 il ərzində heyətdə köklü dəyişikliklər etmədik. Futbolçuların demək olar ki, 80 faizi komandada qalıb. Bugünkü uğurumuzda bu amillərin böyük rolu var.
- Zaqatalada yeni stadionun tikilməsi və «Simurq»un ev oyunlarını bu arenada keçirməsi komandanın çıxışına nə dərəcədə təsir göstərdi?
- Qax da bizə doğma bölgədir. Bu rayonda da komandamızı böyük coşqu ilə dəstəkləyirdilər. Müəyyən uğurlarımıza Qaxda nail olmuşuq. Amma doğma rayonda ev oyunlarını keçirmək tamam başqa hissdir. Komanda əvvəllər hər gün 80 kilometr məsafə qət edərək, Qaxa gedirdi. Rəqiblərimizi faktiki olaraq, neytral meydanda qəbul edirdik. İndi isə öz stadionumuz var, şəraitimiz yaxşıdır. Bu fakt ikinci dövrədə daha yaxşı çıxış etməyimizə kömək göstərməlidir.
- Birinci dövrədən sonra komandanızda hansı xəttin gücləndirilməsinə ehtiyac var?
- Yarımmüdafiədə müəyyən axsaqlıqlar mövcuddur. Məşqçimiz də yəqin ki, bunu nəzərə alacaq. Bu yaxınlarda Roman Pokora ilə bu barədə söhbətimiz oldu. Orta sahədəki çatışmazlıqları aradan qaldırmalıyıq. Ən çox razı qaldığım mövqe isə müdafiədir. Komandamızda təcrübəli müdafiəçilər var və onlar etimadı doğrultdular.
- Orta xətdəki çatışmazlıqlardan söhbət düşmüşkən, «Neftçi»nin üzvü Aleksandr Çertoqanovu ona görə transfer etmək istəyirsiniz?
- Çertoqanova dəvət göndərmişik. Bu günə kimi bizə bir cavab deməyib. O maraq dairəmizdə olsa da, bu məsələ hələ açıq qalır.
- Bəs komandadan gedəcək futbolçular bəllidirmi?
- «Simurq» elə klubdur ki, hər dəfə böyük dəyişikliklərə əl atmır. Məşqçi ilə də söhbətimiz oldu ki, ciddi islahatlar aparmayaq. Yəqin ki, heyətdə yer alan futbolçuların heç biri ilə vidalaşmayacağıq. Əksinə bayaq dediyim kimi, bəzi mövqelərin gücləndirilməsinə ehtiyac var.
- Vladimir Mazyarın klubdan ayrılacağına dair söz-söhbət gəzirdi. O, komandada qalacaqmı?
- Bilmirəm, bu söhbətlər hardan çıxıb. Mazyarın mövsümün sonuna kimi müqaviləsi var. O, komandamızın üzvüdür. Sadəcə zədə səbəbindən birinci dövrədə əksər oyunlarda meydana çıxa bilmədi. İnanıram ki, Mazyar çempionatda yaranan fasilədən istifadə edib formasını bərpa edəcək.
- «Xəzər-Lənkəran»la oyundan sonra bəyan etdiniz ki, bəzi klublar «Simurq»un uğurları ilə barışa bilmirlər. Sizcə, bunun səbəbi nədir?
- Deməzdim ki, bizə qarşı qısqanclıq var. Ancaq birinci dövrədə komandamızın bir çox uğurlarının üstünə kölgə salmaq istədilər. Bizə qarşı bu cür münasibət doğru deyil. Əksinə «Simurq» yeni yaranan komandadır. Müəyyən mənada dəstəyə ehtiyacımız var. Bütün klublarla xoş münasibətin tərəfdarıyıq.
- «Simurq»un cari mövsümdəki məqsədi nədir? Komanda avrokuboklara vəsiqə qazana bilərmi?
- Çempionatın əvvəlində məşqçilər korpusu ilə məsləhətləşdikdən sonra belə qərara gəldik ki, avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparaq. Niyə də olmasın? Bazamız var, stadionumuz ölkədə ən yaxşılardandır. Yəni komanda üçün normal şərait yaradılıb. Məşqçilər hər bir oyunçu ilə düzgün münasibət qurur. Bir sözlə, qarşımıza qoyduğumuz məqsədə çata bilərik.
- Mövsümün sonunda baş məşqçi Roman Pokora ilə müqavilənin müddəti uzadılacaqmı?
- Bu məşqçinin qarşısına qoyulan məqsəddən asılı olacaq. Bunu yerinə yetirsə, müqavilənin müddəti artırılacaq. Bunu zaman göstərəcək.
- Məqsəd deyəndə avrokuboklara vəsiqəni nəzərdə tutursunuz?
- Bəli.
- Belə çıxır ki, avrokuboklara vəsiqə almasaz, baş məşqçi postunda dəyişiklik olacaq?
- Elədir. Pokora ilə davam edib-edməyəcəyimiz, avrokuboklara vəsiqədən asılı olacaq.
- İkinci dövrəyə hazırlıq planınız necədir?
- Yanvarın əvvəlində Zaqatalada toplaşacağıq. Bir müddət doğma rayonda hazırlıq keçdikdən sonra Gürcüstana yola düşəcəyik. Orada bu ölkənin ən güclü klubları ilə yoxlama oyunları keçirəcəyik. 15 gündən sonra yenidən Zaqatalaya qayıdıb hazırlığı burada yekunlaşdıracağıq.
- Niyə digər klublar Antalyaya üstünlük versə də, «Simurq» həmişə Gürcüstana gedir. Bunu maddi səbəblərlə əlaqələndirmək olarmı?
- Dünyanın demək olar ki, hər yerində otellərin qiyməti eynidir. Sadəcə Gürcüstan klublarının oyun üslubu bizimkinə bənzəyir. Onlar da texnikalı futbola üstünlük verirlər. Həmişə Gürcüstan səfərlərindən sonra komanda yaxşı çıxış edib. Bu ənənəni pozmaq fikrində deyilik.
- Daim «Simurq»un İnter»ə yaxınlığına dair söz-söhbət gəzir...
- Bu, yəqin ondan irəli gəlir ki, indiyə kimi «İnter»i məğlub edə bilməmişik. Cari mövsümdə «İnter»lə səfərdə oyunumuz qalıb. Qarşımıza avrokuboklara vəsiqə qoymuşuqsa, bütün görüşlərə qələbə üçün çıxmalıyıq.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç