"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti komandasının əsas hücumçusu Kriştiano Ronaldonun son durumuna aydınlıq gətirib.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan italiyalı mütəxəssis Ronaldonun "Borussiya" ilə oyuna hazır olduğunu, lakin onu riskə atmaq istəmədiyini bildirib:
"Ronaldo məşqlərdə çox çalışdı və oyuna hazırdır. Özünü yaxşı hiss edir. Əgər işlər yolunda gedərsə, Ronaldo "Borussiya" ilə matçın ilk dəqiqələrindən meydana çıxa bilər. Ancaq mən onu riskə atmaq istəmirəm. Onu ehtiyatda saxlaya da bilərəm. Lakin Ronaldo peşəkar futbolçudur və hər görüşdə oynamaq istəyir".
Ançelotti Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşması çərçivəsində bu axşam "Borussiya" ilə baş tutacaq oyun barədə isə bunları deyib: "İlk oyundakı böyükhesablı qələbəni və yarımfinala yaxın olduğumuzu nəzərə alsaq, futbolçuların əlavə motivasiyaya ehtiyacı yoxdur. "Borussiya"nın 4 qol vurması üçün aktivində 90 dəqiqə olacaq. Ancaq biz də qələbə qazanmaq istəyirik. Robert Levandovskinin heyətə qayıtması çox şeydən xəbər verir. O, əla futbolçudur və "Borussiya" üçün çox vacibdir. Onun meydanda olması Dortmund təmsilçisinin qələbə qazanmaq şanslarını artırır".
Qeyd edək ki, "Borussiya" - "Real" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”