"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab qarşılaşması öncəsi mətbuat kofransı keçirib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis ilk görüşdə 1:3 hesabı ilə məğlub olduqları üçün bu matçda risk edəcəklərini deyib:
"İki qol vurmalıyıq. Qol buraxmadan bunu bacarmaq çətin olacaq. Çox həyəcanlıyam. Oyununun çətin keçəcəyini bilirəm. Parisdə 1:0, 2:0 hesabı ilə qələbə qazansaydıq belə yenə də həyəcanlı olardım. Ötən mövsüm "Real" çalışdırdığım vaxt "Borussiya"ya ilk oyunda 1:4 hesabı ilə məğlub olmuşduq. Amma Madriddəki matçda 2:0 hesabı ilə öndə idik. Həmin görüşdə risk etdik. Bu cür matçlarda risk etmək vacibdir".
Mourinyo komandadan zədəli və cəzalı futbolçuların çoxluğundan şikayətlənib: "Eto'o zədəli olsa da, onu oynatmağı düşünürəm.Ramires cəzalı olduğu, Matiç, Salah isə UEFA qaydalarına görə bu matçda iştirak edə bilmir. Mikel də zədəlidir. Ancaq bütün bunlara baxmayaraq, meydanda olacaq futbolçuların əllərindən gələni etmələrini istəyirəm".
Qeyd edək ki, "Çelsi" - PSJ matçı sabah baş tutacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”