Kroyf: "Mourinyo yalnız futbolçularını günahlandırır"

Kroyf: "Mourinyo yalnız futbolçularını günahlandırır"
XƏBƏR 7 Aprel 2014 / 14:30 2067
-  A +

Hollandiya futbolunun canlı əfsanəsi Yohan Kroyf "Çelsi"nin baş məşqçisi haqda maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, "De Telegraaf"a danışan Kroyf Mourinyonun məğlubiyyətdə yalnız futbolçuları günahlandırdığını bildirib:

"PSJ səviyyəli futbolçulara malik çox güclü komandadır. "Çelsi"nin də yaxşı oyunçuları var, ancaq Mourinyo narazı görünür. O hər zaman eynidir.

Komandada işlər yaxşı getdiyində bunu öz işinin bəhrəsi kimi qələmə verir. Lakin işlər yolunda getmədikdə futbolçuları günahlandırır. O "Real"da belə idi. İndi isə həmin ssenarini "Çelsi"də görürəm. Mourinyonun əsas problemi onun yalnız nəticəyə oynamasıdır".


Son xəbərlər
20.07.26  20:29

Kevin Kiqan vəfat etdi

topaz banner